Azərbaycan Respublikası Ali Məhkəməsi

Hərbiçilərin nəzərinə
  • "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının məbləğinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 №-li qərarını təmin etmək məqsədi ilə

    Azərbaycan Respublikası Ali Məhkəməsində yaradılan Komissiyanın

    MƏLUMATI

    İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi üçün sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuları Komissiyaya aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

    1. Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi;
    2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itirildiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti);
    3. Əmək kitabçasının surəti (notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən təsdiq edilməlidir);
    4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrindən şəxsi işin xidmət dəftərçəsi əsasında xidmət müddəti, yeri, vəzifəsi, hərbi rütbəsi və verilmiş əmrlər barədə Arayış;
    5. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azadolmanı müəyyən edən sənəd və ya sənədlər (olduğu təqdirdə);
    6. Bank hesabı barədə məlumat.

    1994-cü il fevralın 1-dən 2010-ci il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

    Ali Məhkəməyə kompensasiyanın ödənişi üçün ayrılmış vəsait cari il üçün nəzərdə tutulduğuna görə kompensasiya almaq hüququ olan şəxslərdən xahiş olunur ki, sənədlərini 01 dekabr 2019-cu il tarixinə qədər Komissiyaya təqdim etsinlər.

    Ətraflı məlumat üçün əlaqə nömrələri:

    496-58-12

    496-58-06

  • 10.10.2019

<<  Geri qayıt