Azərbaycan Respublikası Ali Məhkəməsi

Yuxarı Məhkəmələr Şəbəkəsinin Əlaqələndirici Forumu, 6-7 iyun 2019
  •        6-7 iyun tarixlərində Fransanın Strasburq şəhərində Yuxarı Məhkəmələr Şəbəkəsinin Əlaqələndirici şəxlərin III-cü Forumu keçirilmişdir. Yuxarı Məhkəmələr Şəbəkəsi Konvensiya əsasında təsis edilən institutların biridir. Hazırda, bu Şəbəkənin 36 Dövlətin 78 məhkəmələrindən nümayəndəsi var. Azərbaycan Respublikası Ali Məhkəmənisi də həmin Məhkəmələrin sırasındadır.

           Forumda Ali Məhkəmənin əlaqələndirici şəxsi – İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri xanım Kəmalə Əliyeva, eləcə də İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin böyük məsləhətçisi xanım Nərgiz Ocaqverdiyeva iştirak etmişlər.

           Forumda Avropa Məhkəməsinin presedent hüququna dair immiqrasiya və terrorçuluqla əlaqəli tematik seminar keçirilmişdir.  Forumu giriş sözü ilə Avropa İnsan Hüquqları Məhkəməsinin sədri cənab Linos-Alexandre Sicilianos açmış və tədbirin birinci hissəsinə keçmək üçün sözü daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinin vitse prezidenti Angelika Nussbergerə vermişdir. Birinci hissədə çıxış edən məruzəçilər - Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqları Siyasəti və Əməkdaşlıq şöbəsinin müdiri Mixail Lobov,  immiqrasiya ilə bağlı isə Sophie Piquet, Thomas Straub və Pamela McCormick olmuşdur. Forumun ikinci tematik hissəsinin açılışını Portuqaliyanın Konstitusiya Məhkəməsinin Sənədlərin Təminatı və Hüquq İnformasiyası sektorunun hüquq məsləhətçisi Antonio Manuel Abrantes etmişdir. Terrorçuluqla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna həsr olunmuş hissədə Avropa İnsan Hüquqları Məhkəməsinin Bölmə rəhbəri Olga Chernishova çıxış etmişdir.

           Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin digər əməkdaşları tərəfindən yeni yaradılmış Bilik Mübadiləsi (BM) platformasının təqdimatı da keçirilmişdir.

           Forumun yekununda Avropa İnsan Hüquqları Məhkəməsinin katibi Roderick Liddell çıxış etmiş, müxtəlif üzv dövlətlərin əlaqələndirici şəxslərinə tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını və növbəti illərdə onların sıraların daha da artmasına inandığını bildirmişdir.


<<  Geri qayıt