Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Slovakiyada səfərdədir
  •       Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il may ayının 27-29-dək Bratislavada keçirilən Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə sədrlərinin 9-cu Konfransında iştirak etmək üçün Slovakiya Respublikasına gəlmişdir.

         Mayın 27-də Konfransın açılış mərasimi olmuşdur. Açılış mərasimindən sonra: Müasir mətbuat mühitində məhkəmələrin dəyərlərinin ictimaiyyət tərəfindən səmərəli şəkildə öyrənilməsi; Vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu; İnsan hüquqlarının təşviqində məhkəmələrin rolu mövzularında iclaslar keçirilmiş və müzakirələr aparılmışdır.

          Konfransın proqramına əsasən tədbirin ikinci günü Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin “Hakimlərin seçilməsi” mövzusunda çıxışı nəzərdə tutulmuşdur.

          Konfrans öz işini davam etdirir.


<<  Geri qayıt