Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 18 aprel 2019-cu ildə Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən aprelin 18-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

    Vətəndaşların qəbulu Sumqayıt Apellyasiya Məhkəməsində (ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) saat 10:00 başlanacaq. Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşlar qəbula Sumqayıt Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, habelə 489-07-07  (daxili nömrə: 18108), 0502455420 nömrəli telefonları, contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

     

    Ali Məhkəmənin Mətbuat Xidməti


<<  Geri qayıt