Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur
  •      Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il yanvar ayının 25-də Avropa İnsan Hüquqları Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbirdə və “Məhkəmə hakimiyyətinin etimadının gücləndirilməsi” mövzusunda keçirilən iclasda iştirak etmişdir.

         Tədbir zamanı məruzələr ətrafında geniş müzakirələr və diskussiyalar aparılmış, verilən suallar cavablandırılmışdır.

         İclasdan sonra məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə geniş iştirakçı auditoriyası qarşısında Avropa Məhkəməsinin sədri Guido Raimondi və Fransanın Konstitusiya Şurasının sədri Fabius Loran çıxış etmişlər.

         Ali Məhkəmənin sədri həmkarları ilə görüşlər zamanı bir sıra məsələrə dair fikir mübadiləsi aparmışdır.

         Tədbirdə Ali Məhkəmə sədrinin müşaviri Çingiz Məmmədov - da iştirak etmişdir.


<<  Geri qayıt