Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 30.05.2012
  • Mayın 30-da Ramiz Rzayevin sədrliyii lə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı haqqında Əsasnamənin, Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin döş nişanının təsvirinin və  Əsasnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xatirə  medalının təsvirinin və Əsasnaməsinin təsdiq edilməsi  barədə müvafiq  qərarlar qəbul edilmişdir.

    Plenumda konkret cinayət və mülki işlərə də baxılmışdır.

     

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    30 may 2012-ci il tarixli iclasında baxılmış 

    cinayət və mülki işlər üzrə

    M Ə L U M A T

    1. Qafarov Tural Kamil oğlunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi  ilə məhkum edilməsinə  dair cinayət işinə müdafiəçinin əlavə kassasiya şikayəti əsasında baxılmış, əlavə kassasiya şikayəti təmin edilərək cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2011-ci il tarixli qərarının dəyişdirilməsi, Qafarov Tural Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 09 (doqquz) ilə endirilməsi, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

    2. İddiaçı Mirzəyev Natiq Fərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası Baş İdarəsinin 1 saylı İstintaq Təcridxanasına qarşı səhhətinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 26 fevral 2008-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 26 sentyabr 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    3.  İddiaçı Babayev Nizam Qəzənfər oğlunun cavabdehlər Babayev Məhsun Əyyub oğluna, Əhmədov Sadiq Rasim oğluna, Rəhimov Vüsal Sulduz oğluna və “Tərəqqi-Tikinti” MTK-ya qarşı “Tərəqqi-Tikinti” MTK-nın ümumi yığıncağının 13 iyul 2008-ci il tarixli və 09 sentyabr 2008-ci il tarixli qərarlarının ləğv edilməsi və mənzilin geri qaytarılması”  tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2011-ci il tarixli, 2(102)-647/11 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2010-cu il tarixli, 2(103)-4102/10 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    4. İddiaçı  Əliyev Hümmət Əlibəy oğlunun cavabdeh Zərbəliyeva Nazilə Ömər qızına qarşı pozulmuş hüquqların bərpa edilməsi və qanunsuz zəbt olunmuş evdən çıxarılma  tələbinə dairmülki işəZərbəliyeva Nazilə Ömər qızınınqanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış cavabdeh Zərbəliyeva Nazilə Ömər qızının qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    5. İddiaçı Novruzova Sevil Əliyusif qızının, cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, Hüseynova Elmira Yusif qızına, maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “Elmira Hüseynova ilə bağlanmış icarə müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməklə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış kadastr planının ləğv edilməsi”  tələbinə dair mülki işə Hüseynova Elmira Yusif  qızınınqanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqındaərizəsi əsasında baxılmış, mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 29 dekabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    6.  İddiaçı  Hacıyeva Sevinc Oktay qızının cavabdehlər Ələkbərov Elçin Bəşir oğluna, Əzizbəyov rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı özbaşına tikilinin sökülməsi, mülkiyyət hüququnun bərpası və ondan istifadənin təmin edilməsi tələbinə dair ilkin iddia, Ələkbərov Elçin Bəşir oğlunun Hacıyeva Sevinc Oktay qızına qarşı kompensasiya ödənilməklə mübahisəli evə olan hüquqa xitam verilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə qanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması təxirə alınmışdır.


<<  Geri qayıt