Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  •  

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilsinlər:

          1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

                      Rzayev Ramiz Yaqub oğlu

         3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

                      Yusifov Şahin Yaşar oğlu

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 20 noyabr 2018-ci il.


<<  Geri qayıt