Azərbaycan Respublikası Ali Məhkəməsi

Ölkəmizdə səfərdə olan bir sıra ölkələrin vəkillik sahəsinin rəhbərləri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər
  •          15 noyabr 2018-ci ildə ölkəmizdə səfərdə olan bir sıra ölkələrin vəkillik sahəsinin rəhbərləri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

     Ali Məhkəmənin sədri vəkilləri Ali Məhkəmədə salamlamaqdan məmnun olduğunu bildirmiş, Ali Məhkəmənin fəaliyyəti barədə qonaqlara  məlumat vermişdir. Ali Məhkəmənin sədri işgüzar əlaqələrdən söhbət açaraq beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququna istinad olunduğunu bildirmişdir. Qeyd edilmişdir ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir.  Məhkəmə sisteminə hakim və vəkil  vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır və bu, təqdir olunur. Azərbaycanda elektron məhkəmə sisteminin yaradılması  ilə bağlı işlər davam etdirilir.

                 Ali Məhkəmənin sədri  Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışmış, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

              Ali Məhkəmənin sədri  vəkilləri maraqlandıran suallara cavab vermişdir.

             Vəkillər Ali Məhkəmənin inzibati binasını gəzmiş, Ali Məhkəmənin tarixini əks etdirən Muzeylə tanış olmuşlar.


<<  Geri qayıt