Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 28.06.2011
  • 2011-ci il iyunun 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 

    Plenumda konkret mülki və cinayət işlərinə baxılmışdır. 

    Plenum baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
     

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
    28 iyun 2011-ci il tarixli iclasında baxılmış  
    cinayət və mülki işlər üzrə
    M Ə L U M A T


    1. İnsanov Əli Binnət oğlu, Abbasov Fəxrəddin Qorxmaz oğlu, Namazov Anar Əşrəf oğlu, Məhərrəmov Akif Həsən oğlu, Kazımov Pərviz Hacı oğlu, Mahmudov Fuad Nazim oğlu, Abbasov Vəkil Abbas oğlu, Rzayev Eldar Əli oğlu, Əliyev Hacı İbrahim oğlu, Cəfərov Şövqi Şamil oğlu və Umnyaşkin Aleksandr Aleksandroviçin Azərbaycan Respublikası CM-nin 179.3.2, 311.3.1-ci və sair maddələri  ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilmiş,  Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 26 noyabr 2009-cu il tarixli qərarının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 21 sentyabr 2007-ci il tarixli qərarından mülki cavabdeh P.M.Əliyev tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması və onun kassasiya şikayətinə baxılması üçün cinayət işinin Ali Məhkəmənin Cinayət kollegiyasına göndərilməsi qərara alınmışdır.

    2. Ozerova İrina Vsevolodovnanın Ozerov Viktor Vsevolodoviçə qarşı yaşayış sahəsinə hüququn itirilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası və  Ozerov Viktor Vsevolodoviçin Ozerova İrina Vsevolodovnaya və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı özəlləşdirmənin etibarsız sayılması, qeydiyyat vəsiqəsinin  ləğv edilməsi, yaşayış sahəsinə hüququn itirilməsi və pasport qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 aprel 2011-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi  MİÜMK-nın 02 iyul 2009-cu il tarixli qərarı, bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 29 yanvar 2009-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 

    3.İddiaçı Xəlilov Asif Qubad oğlunun cavabdeh Bakı şəhər Nizami rayon Keşlə Bələdiyyəsinə və Sadıqov Vahid Nəriman oğluna qarşı icarə müqaviləsinin bağlanması tələbi, iddiaçı Nağıyev Azad Baba oğlunun cavabdeh  Bakı şəhər Nizami rayon Keşlə Bələdiyyəsinə  qarşı ləğv olunmuş icarə müqaviləsinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilmiş,  iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi  MİÜMK-nın 18 may 2005-ci il tarixli qərarı, bununla əlaqədar  Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜK-nın 02 mart 2005-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 


<<  Geri qayıt