Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Litvaya səfəri
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti may ayının 27-dən 30-dək Litva Respublikasında keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 8-ci Konfransında iştirak etmişdir.

    Konfransın keçirilməsində əsas məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaq olmuşdur.

    Konfransın təntənəli açılış mərasimindən sonra Ali Məhkəmədə idarəetmənin keyfiyyətinin artırılması, məhkəmə hakimiyyətinin digər dövlət hakimiyyətinin qolları ilə əlaqəsi və hakimlərin müstəqilliyinin aktual məsələləri, Ali Məhkəməyə müraciətlərin filtrasiyası, milli hüquq sistemlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının qəbulu və tətbiqi, kütləvi informasiya vasitələri (KİV) məhkəmə zallarında və məhkəmələr və KİV arasında əlaqə mövzularında çıxışlar edilmişdir.

    Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev mövzularla bağlı diskussiyalarda fəal iştirak etmiş, müzakirə olunan məsələlərə dair fikir bildirmiş, məhkəmə sədrləri ilə görüşlərdə Azərbaycanın məhkəmə sistemi və həyata keçirilən islahatlar haqqında məlumat vermişdir.


<<  Geri qayıt