Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə görüş
  •         2018-ci il mayın 1-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Furio De Angelis Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

             Görüşdə didərgin və vətəndaşlığı olmayan şəxslərin himayəsi sahəsində məhkəmə orqanları ilə BMT-nin Qaçqınlar qzrə Ali Komissarlığı arasında əməkdaşlığın möhkəmlənməsinə yönələn ideya və perspektivlər müzakirə olunmuşdur.

    Milli qanunvericilikdə və beynəlxalq hüquqda nəzərdə tutulan hüquqların həyata keçirilməsi, o cümlədən sənədlərlə təmin edilmə və notariat xidmətlərindən istifadə, ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.


<<  Geri qayıt