Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 18.01.2018
  • 18 yanvar 2018-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Plenum iclası olmuşdur.

    Plenumda Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının  hakim üzvlərinin təyin edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur.

    “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 80-ci maddəsini rəhbər tutaraq Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi İsmayılov Rövşən Rəhim oşlunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kazımov Tahir Lələkişi oğlunun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının Vəkillərin İxtisas Komissiyasının üzvləri təyin edilməsi haqqında qərar qəbul etmişdir.

    Plenumda Ali Məhkəmənin 2018-ci ilin I yarısına dair iş planı təsdiq edilmişdir.


<<  Geri qayıt