Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin hakimi Tatyana Qoldman ABŞ-ın "Jerusalem Post" qəzetinin jurnalisti xanım Nurit Gringer ilə görüşmüşdür
  •   9 oktyabr 2017-ci ildə  Ali Məhkəmənin hakimi Tatyana Qoldman ABŞ-ın "Jerusalem Post" qəzetinin  jurnalisti xanım Nurit Gringer ilə görüşmüşdür.

      Görüşdə xanım Nurit Gringerə Ali Məhkəmənin strukturu, hakimlərin vəzifələri, Ali Məhkəmənin fəaliyyəti,  ölkənin məhkəmə sistemində qadınların rolu haqqında geniş məlumat verilmişdir. 

       Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

       Sonda qonaq prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin irəliləyişi və daimi inkişafını arzu etmiş, bütövlükdə Azərbaycan xalqına isti və dost qonaqpərvərliyə görə öz təşəkkürünü bildirmişdir.


<<  Geri qayıt