Azərbaycan Respublikası Ali Məhkəməsi

Dünya Bankının yeni rəhbərliyi Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •           2017-ci il oktyabrın 31-də ölkəmizdə səfərdə olan Dünya Bankının Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi  üzrə icraya dəstək missiyasının yeni tapşırıq qrupunun rəhbəri xanım Eva Melis və layihənin yeni tapşırıq qrupunun həmrəhbəri Valid Maliki Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

             Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

             Qonaqlar Ali Məhkəmənin inzibati binası və iş şəraiti ilə tanış olmuş, müasir informasiya texnologiyalarının tətbiqi ilə maraqlanmışlar.

     


<<  Geri qayıt