Azərbaycan Respublikası Ali Məhkəməsi

Latviyanın Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
  •        2017-ci il oktyabrın 18-də ölkəmizdə səfərdə olan Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

           Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə-hüquq sistemi barədə məlumat vermiş, aparılan məhkəmə islahatlarının səmərəliliyinin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapmasını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.

            Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan və Latviya məhkəmə-hüquq  orqanları arasında işgüzar əlaqələr  ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

             Latviyanın ədliyyə naziri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmiş, Azərbaycanla Latviya arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.

             Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

              Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.  Latviyanın ədliyyə naziri muzeyin Xatirə kitabına  ürək sözlərini yazmışdır. 


<<  Geri qayıt