Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 02.06.2010
  • 2 iyun 2010-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır. 
    Plenumda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xüsusi konstitusiya qaydasında şərh edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi haqqında” qərar layihəsi müzakirə edilmişdir. 
    Plenum konkret mülki işlərə də baxmışdır.
    Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.


<<  Geri qayıt