Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 30.04.2010
  • 30 aprel  2010-cu ildə  Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri  Plenum iclasını açaraq bildirmişdir ki, cari ildə  ölkəmizdə bütün sahələri əhatə edən  inkişaf  məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir. Ali Məhkəmənin sədri   qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin  olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində  məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır. 

    Plenumda Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hakimi  Südabə Məmmədovanın Məhkəmə-Hüquq Şurasının 04 fevral 2010-cu il tarixli qərarından verdiyi şikayətə baxılmışdır.  

    Plenum konkret  cinayət və mülki işlərə də  baxmışdır.

    Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
     


     

<<  Geri qayıt