Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Serbiyada səfərdədir

Bölmə: Xəbərlər 20.06.2016 12:35
  •        Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə  heyəti  2016-cı il  iyunun  20-22-də  Belqradda  keçirilən Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə Sədrlərinin Beynəlxalq Konfransında iştirak etmək Serbiya Respublikasına gəlmişdir.

           İyunun 20-də Serbiya Sarayında Beynəlxalq Konfransın təntənəli açılış mərasimi olmuşdur. Açılış mərasimindən sonra müxtəlif mövzuları əhatə edən  iclaslar keçirilmiş və   müzakirələr aparılmışdır.   Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Ali Məhkəmələrin  ədalət mühakiməsinin həyata keçirilməsində rolu” mövzusunda çıxış etmişdir.  O, Azərbaycanın qanunvericilik sistemindən və Ali Məhkəmənin təcrübəsindən danışmışdır.

           Beynəlxalq Konfrans öz işini davam etdirir. 

Baxılıb: 15
Paylaş