Azərbaycan Respublikası Ali Məhkəməsi

Tatarıstan Respublikası Ali Məhkəməsinin sədri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •  2014-cü il oktyabrın 23-də  ölkəmizdə səfərdə olan Tatarıstan  Respublikası Ali Məhkəməsinin sədri İlgiz Gilazov  Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Tatarıstan Ali Məhkəməsinin sədrini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, müəyyən ənənə və dəyərlərlərlə bir-birinə yaxın olan hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmiş, məhkəmə hüquq sistemləri arasında da bu əlaqələrin  inkiıaf edəcəyinə əminliyini ifadə etmişdir.

              Ali Məhkəmənin sədri həmçinin respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.

     Tatarıstan Respublikası Ali Məhkəməsinin sədri İlgiz Gilazov ölkəsində həyata keçirilən hüquq islahatlarından və  Tatarıstan  Ali Məhkəməsinin  fəaliyyət dairəsindən danışmışdır. Bildirmişdir ki, iki ölkə arasında əməkdaşlıq böyük əhəmiyyət daşıyır və bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

             Qonaq Ali Məhkəmənin  inzibati  binası ilə  tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.


<<  Geri qayıt