Azərbaycan Respublikası Ali Məhkəməsi

Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ali Məhkəmədə yığıncaq keçirilmişdir.
  •           7 may 2014-cü ildə Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar yığıncaq   keçirilmişdir.
    Tədbirdə   Ali Məhkəmənin sədri Ramiz Rzayev Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir. Ali Məhkəmənin sədri böyük şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.
              1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. Insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi.
              Ulu öndərimiz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir. Ulu öndər  Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş və onu inkişaf etdirmişdir.
              Ali Məhkəmənin sədri dahi insan  Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
    Yığıncaqda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında  danışmış, xatirələrini söyləmiş, onun irsinin daim yaşayacağını bildirmişlər.  

<<  Geri qayıt