Azərbaycan Respublikası Ali Məhkəməsi

Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Haydrin Tempel Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •          2014-cü il aprelin 14-də Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Haydrin Tempel Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
               Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiyatexnologiyalarından istifadə olunur.
              Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən Аli Məhkəmənin sədri məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərin daha da    genişlənməsi üçün    real imkanların olduğunu bildirmişdir.
               Səfir Azərbaycanda məhkəmə sistemində həyata keçirilən tədbirlərə maraq  göstərmiş, hüquq sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.
               Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə faydalı fikir mübadiləsi aparılmışdır.
              Səfir Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxmışdır.
     
     

<<  Geri qayıt