Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə görüş
  • 2009-cu il yanvarın 26-da SCAD-5 proqramının 2-ci komponenti (Hüquqi Yardım) çərçivəsində ölkəmizdə səfərdə olan Avropa İttifaqının eksperti Andrey Vells Ali Məhkəmədə cinayət işləri üzrə məhkəmə kollegiyasının sədri Hacıbala Sadıqov və hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

    Görüş zamanı ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aparılan işlər barədə söhbət açılmış, statistik məlumatlar verilmiş, tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunmuşdur. Ekspert Azərbaycanda Qanunvericiliyin səviyyəsi, ədliyyə və cəzalandırma sahəsində mövcud olan təcrübə ilə maraqlanmışdır. Milli və regional səviyyəli təlimlərin keçirilməsinə dair tövsiyyələrini vermişdir.

    Görüşdə ümumi qanunvericiliyin vəziyyəti öyrənilmiş, məhkəmələr arasında beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanmış, habelə Milli Strategiyanın hazırlanmasına kömək göstərə biləcək təlim kursların keçirilməsi təklif olunmuşdur.


<<  Geri qayıt