Azərbaycan Respublikası Ali Məhkəməsi

Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2009-cu il oktyabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
    Ali Məhkəmədə görüşGörüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir. Ali Məhkəmənin sədri həmçinin son illər respublikamızda məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərdən, eləcə də  ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə  Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır. 
    Azərbaycanın Avropa ölkələri ilə  işgüzar əlaqələrinin  inkişaf səviyyəsindən razılığını ifadə edən  Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Slovakiya Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir. 
    Slovakiya Konstitusiya Məhkəməsinin sədri İveta Matsejkova iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq  bundan sonra da davam etdiriləcək.
    Slovakiyalı qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun  yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış  olmuşlar. Binanın yüksək memarlıq üslubunda inşa olunduğunu bildirən xanım  İveta Matsejkova  muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır. 
    Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinə və  nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır. 


<<  Geri qayıt