Azərbaycan Respublikası Ali Məhkəməsi

ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüş
  • 2009-cu il oktyabrın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə danışmışdır. Ali Məhkəmənin ATƏT-lə, xüsusilə Avropa İnsan Haqları məhkəməsi ilə işgüzar əlaqələrini  qeyd etmişdir. 

    ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, ATƏT-lə qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

    ATƏT-in Bakı ofisinin rəhbəri Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, məhkəmə tarix muzeyinə baxmış, hakimlərin iş şərati ilə tanış olmuşdur. Bu tanışlıqdan  məmnun qaldığını bildirmişdir.

    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə ATƏT-in Bakı ofisinin rəhbərinə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt