Azərbaycan Respublikası Ali Məhkəməsi

İnsan alverinə qarşı regionlar arası seminar
  • 9-11 noyabr  2009-ci il tarixlərdə Türkmənistan Respublikası paytaxtı  Aşxabad şəhərində insan alveri ilə mübarizədə prokurorluq, məhkəmə və hüquqmühafizə orqanları arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi üzrə ikinci regionlar arası işçi seminarı keçirilmişdir. Seminar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndəliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilmişdir.
    Ali Məhkəmənin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri cənab Şahin Yusifov Azərbaycan nümayəndə heyətinin tərkibində seminarın işində iştirak etmişdir. Seminara həmçinin Mərkəzi Asiyanın beş dövlətin, Rusiya Federasiyasının, Tailand Krallığının, Türkiyə Respublikasının və BƏƏ-nin prokurorluq, məhkəmə və hüquqmühafizə orqanlarının əməkdaşları qatılmışdır. Ekspert qismində seminara Fransadan, İtaliyadan, ABŞ-dan mütəxəssislər, İnterpolun əməkdaşları dəvət olunmuşdur.
    Seminarın 4-cü Sessiyasında cənab Ş.Yusifov insan alveri ilə bağlı işlərin istintaqı və məhkəmə araşdırılması zamanı formal beynəlxalq-hüquq əməkdaşlığıın təcrübə mübadiləsi mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri diskussiyalarda və dinləmələrdə yaxından iştirak edərək, insan alveri ilə bağlı transmilli cinayət işlərinin istintaqının təcrübəsi ilə bölüşmüş, bu kategoriya işlər üzrə effektiv istintaqının aparılması üçün beynəlxalq əməkdaşlığın və insan alveri qurbanlarının müdafiəsi, onlara müvafiq yardım göstərilməsi üsulları müzakirə etmişlər.


<<  Geri qayıt