Azərbaycan Respublikası Ali Məhkəməsi

Norveç Ədliyyə Nazirliyinin Baş katibi Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  • 2009-cu il noyabrın 24-də ölkəmizdə səfərdə olan Norveç Ədliyyə Nazirliyinin Baş katibi Morten Ruudin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə danışmışdır. Azərbaycanda Avropa Birliyinin üzvü olan ölkələrlə məhkəmə hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir.
    Norveçin Ədliyyə Nazirliyinin Baş katibi Morten Ruud Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, Norvegiya ilə qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.
    Norveçli qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Bu tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.
    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə görə Norveç Ədliyyə Nazirliyinin Baş katibinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş və işlərində uğurlar arzulamışdır. 

<<  Geri qayıt