Azərbaycan Respublikası Ali Məhkəməsi

Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir
  •           2010-cu il yanvarın 14-də  ölkəmizdə səfərdə olan Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoru Mattias Vekkerlinq və fondun Proqram rəhbəri Britta Şvartz Ali Məhkəmənin sədri Ramiz Rzayevlə  görüşmüşlər. 
              Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş,  Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə danışmışdır. Ali Məhkəmənin sədri Azərbaycanda Almaniya ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilmısinə xüsusi önəm verildiyini bildirmişdir.
             Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoru Mattias Vekkerlinq Azərbaycanın məhkəmə-hüquq sistemi ilə əməkdaşlığa çox böyük önəm verdiklərini  və bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyini vurğulamışdır.
           Almaniyalı qonaqlar Ali Məhkəmənin  yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Binanın yüksək memarlıq üslubunda inşa olunduğunu bildirən Mattias Vekkerlinq məhkəmə tarixi muzeyinin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.
             Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına  xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoruna və fondun Proqram rəhbərinə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt