Azərbaycan Respublikası Ali Məhkəməsi

Litva Seimasının aparatının əməkdaşları Ali Məhkəmədə olmuşlar
  • 2010-cu il yanvarın 26-da ölkəmizdə səfərdə olan Litva Seimasının aparatının əmakdaşları- Alvidas Lukoşaitis və Yuliyus Glebovas və Yonas Çekuolis Ali Məhkəmə aparatının rəhbəri vəzifəsini icra edən Əlirza Kərimovla görüşmüşlər.

    Əlirza Kərimov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində maliyyələşdirilən “Azərbaycan Respublikasının Milli Məclisinə texniki dəstək” adlı “Twinning” layihəsinin həyata keçirilməsinə dair 2008-ci il noyabrın 24-25-də Bakıda keçirilmiş tenderin qalibinin Litva Respublikası elan olunduğuna görə qonaqları təbrik etmiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə onlara ətraflı məlumat vermişdir. 

    Alvidas Lukoşaitis qeyd etmişdir ki, 2009-cu il iyulun 27-də Azərbaycan Respublikasının Milli Məclisi, Litva Respublikasının Seiması və Avropa Komissiyası arasında “Twinning” layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanmışdır. Səfərimizin məqsədi də layihə üzrə fəaliyyət planı çərçıvəsində Avropa İttifaqının təcrübəsindən yararlanaraq Azərbaycan Respublikası üçün qanunvericilik prosesində münasib “erkən xəbərdarlıq” modelinin müəyyən olunması və Milli Məclisin qanun qüvvəli aktlar barədə davamlı şəkildə məlumatlandırılması mexanizminin işlənib hazırlanmasıdır.

    Litvalı qonaqlar Ali Məhkəmənin yeni inzibati binasını gəzmiş, hakiməlrin iş şəraiti və məhkəmə tarixi muzeyi ilə taniş olmuşlar. 

    Əlirza Kərimov Azərbaycanın məhkəmə sisteminə göstərdikləri diqqətə görə litvalı qonaqlara minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt