Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası Bakı Ofisinin rəhbəri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  • 2010-cu il mayın 17-də Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek Ali Məhkəmənin sədri Ramiz Rzayevlə  görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri  İnsan Hüquqları üzrə  Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının  öyrənilməsindən və tətbiqindən, Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə hüquq sahəsində əməkdaşlığın genişləndirilməsindən  danışmışdır.

    Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanmış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.

    Ali Məhkəmənin sədri  Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə xanım Veronika Kotekə təşəkkürünü bildirmiş və  işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt