Azərbaycan Respublikası Ali Məhkəməsi

Yevgeniy Slobodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova ilə görüşmüşdür
  • 2010-cu il oktyabrın 29-da Milli Məclisə seçkilərlə əlaqədar ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyindən müşahidə missiyasının qərargah rəisi Yevgeniy Slobodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova ilə görüşmüşdür. 
    Görüşdə kollegiya sədri məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barəsində məlumat vermiş, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulamışdır. 
    Kollegiya sədri bu il noyabrın 7-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərin demokratik keçiriləcəyinə diqqəti cəlb edərək qeyd etmişdir ki, seçkilərlə bağlı  məhkəmələrə müraciət edən seçicinin  şikayətinə qanunvericiliyin tələblərinə müvafiq baxılır. 
    MDB-dən müşahidə missiyasının qərargah rəisi Yevgeniy Sloboda Azərbaycanda Milli Məclisə keçiriləcək seçki prosesini izləmək üçün gəldiklərini bildirmişdir. O, seçki ərəfəsində ciddi qanun pozuntularına rast gəlmədiklərini qeyd etmiş, bütün namizədlərə eyni şərait yaradıldığını müşahidə etdiklərini vurğulamışdır. Müşahidə missiyasının qərargah rəisi Mərkəzi Seçki Komissiyasının işinin də qənaətbəxş olduğunu qeyd etmişdir. Yevgeniy Sloboda Milli Məclisə seçkilərə hazırlıqla və seçkinin nəticələri ilə bağlı hesabatlar hazırlayacaqlarını nəzərə çatdırmışdır. 
    Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan hüquqlarının təmin olunması və Milli Məclisə keçiriləcək seçkilərlə bağlı faydalı müzakirələr aparılmışdır.


<<  Geri qayıt