Azərbaycan Respublikası Ali Məhkəməsi

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) nümayəndələri Ali Məhkəmədə olmuşlar
  •       2010-cu il dekabrın 16-da ölkəmizdə səfərdə olan Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Gürcüstan ofisinin proqram işçisi Şalva Papuaşvili və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Azərbaycan ofisinin layihə bürosunun rəhbəri Şakir Səfərbəyov Ali Məhkəmənin Aparat rəhbəri Əlirza Kərimovla görüşmüşlər.
         
          Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Azərbaycanda orta məktəblərin yuxarı sinif şagirdlərinin hüquqi biliklərini artırmaq məqsədi ilə xüsusi dərslərin təşkili və Ali Məhkəmədə məhkəmə proseslərini izləmək üçün onlara şərait yaradılması nəzərdə tutulmuşdur.
       
        Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, məhkəmə iclas zallarının şəraiti ilə tanış olmuşlar.

<<  Geri qayıt