Azərbaycan Respublikası Ali Məhkəməsi

Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu Azərbaycanla əlaqələri genişləndirir
  • 2011-ci il yanvarın 31-də ölkəmizdə səfərdə olan Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz və hüquq layihəsi üzrə yeni təyin olunmuş məsləhətçi Dr. Falk  Bomsdorf Ali Məhkəmənin  cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşlər. 
    Görüşdə  Cinayət Kollegiyasının sədri  Ali Məhkəmədə  cinayət və cinayət prosessual hüquq sahəsində müxtəlif seminar və tədbirlərin keçirilməsini və bu sahədə Almaniya ilə  təcrübə mübadiləsinin yaradılmasının əhəmiyyətini qeyd etmişdir.
    Görüşdə əməkdaşlığın  konkret  prioritetləri müəyyənləşdirilmişdir.  
    Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri  Britta Şvartz Azərbaycanın məhkəmə-hüquq sistemi ilə əməkdaşlığa xüsusi önəm verdiklərini və bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyini vurğulamışdır.
    Görüşün sonunda Ali Məhkəmənin Kollegiya sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə  Beynəlxalq Hüquq Əməkdaşlığı  Fondunun proqram rəhbərinə və  hüquq layihəsi üzrə yeni təyin olunmuş məsləhətçiyə  minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt