Azərbaycan Respublikası Ali Məhkəməsi

Gürcüstan Respublikasının Ədliyyə Naziri - Baş Prokuroru Zurab Adeişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2011-ci il aprelin 29-da ölkəmizdə səfərdə olan Gürcüstan  Respublikasının Ədliyyə Naziri - Baş Prokuroru Zurab Adeişvilinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycan və Gürcüstanın bütün sahələrdə olduğu kimi ədliyyə, prokurorluq orqanları və  məhkəmə sistemləri arasında da  çox işgüzar əlaqələrin  yarandığını, bu əlaqələrin ölkələrimiz arasında  ikitərəfli  və beynəlxalq təşkilatlar çərçivəsində  uğurla inkişaf etdiyini bildirmişdir. 

    Ali Məhkəmənin sədri  həmçinin son illər respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər,  Ali Məhkəmənin strukturu və fəaliyyəti  barədə qonaqlara  ətraflı  məlumat vermişdir. Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Gürcüstan Respublikası Ədliyyə Nazirinin - Baş Prokurorunun  Azərbaycana səfəri ədliyyə, prokurorluq və  məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına  xidmət edəcəkdir. Dost və qonşu ölkələrimiz arasında möhkəmlənən faydalı münasibətlər hər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni  perespektivlərini  açacaqdır. 

    Gürcüstanın Ədliyyə Naziri-Baş Prokuroru Zurab Adeişvili 2007-ci ildə Azərbaycanda olarkən Ali Məhkəmənin sədri ilə  keçirdiyi  görüşü xatırlamış, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəsürrat  yaratdığını bildirmişdir. Zurab Adeişvili ölkəsində  həyata keçirilən  hüquq islahatlarından söhbət açmış, Gürcüstandakı Hüquqi Yardım İnstitutunun  fəaliyyətini xüsusi qeyd etmişdir.

    Gürcüstanın Ədliyyə Naziri-Baş Prokuroru Zurab Adeişvili   iki ölkə arasında qarşılıqlı əməkdaşlığın  böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

    Gürcüstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə  baxan Gürcüstanın Ədliyyə Naziri-Baş Prokuroru  Zurab Adeişvili  Xatirə kitabına ürək sözlərini yazmışdır.

    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın Prokurorluq və məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin  əhəmiyyətli görüşə görə Gürcüstanın Ədliyyə Nazirinə-Baş Prokuroruna və  nümayəndə heyətinin üzvlərinə  gələcək fəaliyyətlərində uğurla arzulamışdır.


<<  Geri qayıt