Azərbaycan Respublikası Ali Məhkəməsi

Özbəkistanın Baş Prokuroru Ali Məhkəmədə olmuşdur
  • 2011-ci  il mayın 3-də  ölkəmizdə səfərdə olan Özbəkistan  Respublikasının Baş Prokuroru Rəşidjon Kadırovun  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Özbəkistan Respublikası Baş Prokurorunun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmişdir. Həmçinin Azərbaycanla dost Özbəkistanın məhkəmə hüquq sistemləri arasında əlaqələrinin Müstəqil Dövlətlər Birliyi, eyni zamanda ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini və genişləndiyini vurğulamışdır. 

    Ali Məhkəmənin sədri  həmçinin respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər,  Ali Məhkəmənin strukturu və fəaliyyəti  barədə qonaqlara  ətraflı  məlumat vermişdir. Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Özbəkistan Respublikası Baş Prokurorunun  Azərbaycana səfəri  prokurorluq və  məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına  xidmət edəcəkdir. Dost ölkələrimiz arasında möhkəmlənən faydalı münasibətlər hər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni  perespektivlərini  açacaqdır. 

    Özbəkistanın Baş Prokuroru Rəşidjon Kadırov son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəsürrat  yaratdığını bildirmişdir. O,   ölkəsində  həyata keçirilən  hüquq islahatlarından və Prokurorluğun fəaliyyət dairəsindən söhbət açmışdır. Özbəkistanın  Baş Prokuroru Rəşidjon Kadırov iki ölkə arasında qarşılıqlı əməkdaşlığın  böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

    Özbəkistanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, bu tanışlığın onlarda xoş təəssurat yaratdığını bildirmişlər.    Məhkəmə tarixi muzeyinə  baxan Özbəkistanın Baş Prokuroru Rəşidjon Kadırov Xatirə kitabına ürək sözlərini yazmışdır.

    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın Prokurorluq və məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin  əhəmiyyətli görüşə görə Özbəkistanın Baş Prokuroruna və  nümayəndə heyətinin üzvlərinə  gələcək fəaliyyətlərində uğurla arzulamışdır.


<<  Geri qayıt