Azərbaycan Respublikası Ali Məhkəməsi

Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer ilə görüş
  • 2011-ci il mayın 18-də ölkəmizdə səfərdə olan Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer  Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan  Avropa ailəsinin  bir üzvüdür və  Avropa Şurasına  üzv olan ölkələrlə  əməkdaşlığa xüsusi önəm verir. Ali Məhkəmənin sədri  bildirmişdir ki, Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları  Məhkəməsinin  presedent hüququ Ali Məhkəmədə  öyrənilir və onlara istinad olunur.  Qəbul edilən qərarlar  Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində  ən yeni informasiya texnologiyalarından istifadə olunur.

    Ali Məhkəmənin sədri  Azərbaycanla zəngin hüquq ənənələrinə malik Fransanın  məhkəmə-hüquq sistemləri arasında işgüzar əlaqələrinin  yaranmasından məmnunluğunu ifadə etmiş, bu səfərin hər iki ölkənin  Ədliyyə və Məhkəmə sistemləri arasında əməkdaşlığının  daha da genişlənəcəyinə və  inkişafına xidmət edcəyini  vurğulamışdır.

    Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi iki ölkə arasında qarşlıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki,   bu əməkdaşlıq  bundan sonra da davam etdiriləcək.
     
    Fransalı qonaq Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşdur.

    Görüşün sonunda Ali Məhkəmənin sədri  Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə  Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyerə təşəkkürünü bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt