Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə dəyirmi masa keçirilmişdir
  • 2011-ci ilin iyul ayının 21-də Azərbaycan Respublikası Ali Məhkəməsində “ Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi perspektivləri ” mövzusunda Dəyirmi masa keçirilmişdir.
    Dəyirmi masa iştirakçıları qarşısında giriş sözü ilə çıxış edən Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Azərbaycan Respublikasında son illər ailə problemlərinin həllinə diqqətin artdığını, uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazasının yaradıldığını və bu sahədə Milli Qanunvericilikdə ardıcıl islahatların həyata keçirildiyini bildirmişdir.
    Dəyirmi masada Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin nümayəndələri və İnsan Hüquqları üzrə Müvəkkil Ombudsman çıxış etmişlər.
    Dəyirmi masa iştirakçıları mövzu ətrafında aliment ödənilməsi və onunla bağlı problemlər, nikah və boşanmalarda əmlak münasibətlərin tənzimlənməsi və övladlığa götürmə ilə bağlı mexanizmin təkmilləşdirilməsi məsələlərinə ayrıca diqqət yetirmiş, geniş müzakirələr aparmış və həmin məsələlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini vermişlər.


<<  Geri qayıt