2011-ci il oktyabrın 20-də ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfud və hakimi Maria Farida İndrati Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda dünyanın bir çox ölkələri ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini, İndoneziyanın da bu ölkələr sırasında olduğunu bildirmişdir. Ali Məhkəmənin sədri həmçinin son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də Ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır. Ali Məhkəmənin sədri respublikamızın Konstitusiyasında insan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi bəyan edildiyini xüsusi vurğulamışdır. Qonaqlara Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verilmişdir.
Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, İndoneziya Respublikası Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Görüşdə Azərbaycan və İndoneziya məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın perspektivləri, ədalət mühakiməsi sahəsində beynəlxalq hüquq normalarının və beynəlxalq məhkəmələrin presedent hüququnun tətbiqi aspektləri müzakirə edilmişdir.
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfud bildirmişdir ki, Azərbaycanla İndoneziyanın məhkəmə sistemləri arasında müəyyən oxşarlıq vardır. Məhəmməd Mahfud iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, məhkəmə hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruriliyini diqqətə çatdırmışdır.
İndoneziyalı qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.