Azərbaycan Respublikası Ali Məhkəməsi

Şirvan Apellyasiya Məhkəməsində Ali Məhkəmənin sədri müşavirə keçirmişdir
  • 2011-ci il noyabrın 11-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Şirvan Apellyasiya Məhkəməsində hakimlərin regional müsavirəsini keçirmişdir.

    Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi işində keyfiyyətcə yeni mərhələnin inkişafı, uğurla həyata keçirilən məhkəmə hüquq islahatları nəticəsində ədalətə və humanizmə söykənən qanunların qəbul edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin ön plana çəkilməsi qeyd edilmişdir.

    Ölkəmizdə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şəraitin yaradılması, o cümlədən yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə baslamasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafındakı rolu xüsusilə vurğulanmışdır.

    İnsan haqlarının etibarlı təmin olunmasında məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə hakimlərin yüksək məsuliyyəti qeyd edilmiş, vətəndaşların haqlı narazılıgına səbəb olan nöqsanların qətiyyətlə aradan qaldırılması vurğulanaraq, müvafiq tövsiyələr verilmişdir. 

    Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov tədbirdə çıxış edərək aparılmış ümumiləşdirmələrin nətıcələrinə əsasən məhkəmələrin işini təhlil etmiş, bu sahədə qazanılan müsbət təcrübəni hakimlərin diqqətinə çatdırmışdır. 

    Səmərəli fikir mübadiləsi şəraitində keçən müşavirədə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr hüquqi müstəviyə çıxarılmış, təhlilə cəlb olunan məsələlərin müxtəlif aspektləri ətrafında faydalı müzakirələr aparılmışdır.


<<  Geri qayıt