Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
  • 2011-ci il noyabrın 22-də  Ədliyyə  işçilərinin peşə bayramı günü münasibətilə  Ali  Məhkəmədə  toplantı  keçirilmişdir.
     
    Toplantıdan əvvəl Ali Məhkəmənin bir qrup hakimi  ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini yad etmişlər.
     
     Ali Məhkəmənin sədri Ramiz Rzayev əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf dinamikasından və  Ali Məhkəmədə baş verən yeniliklərdən söhbət açmışdır.


<<  Geri qayıt