Azərbaycan Respublikası Ali Məhkəməsi

Dünya Bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
  • 2012-ci il fevralın 27-də ölkəmizdə səfərdə olan Dünya Bankının Məhkəmə sisteminin müasirləşdirilməsi layihəsinin  rəhbəri Amitabha Mukherjeenin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Ali Məhkəmənin sədri müasir informasiya texnologiyalarının tətbiqindən, xüsusilə, Ali Məhkəmədə  elektron kargüzarlıq və sənəd dövriyyəsi,  proseslərin idarəetmə  sisteminin tətbiqindən və proseslər barədə məlumatların elektron informasiya köşkü vasitəsi ilə alınmasının əhəmiyyətindən danışmışdır. Mütərəqqi informasiya texnologiyalarının Ali Məhkəmədə tətbiq olumnasının  zəruriliyini qeyd edən Ali Məhkəmənin sədri bildirmişdir ki, indi əsas məsələ istifadəçilərdə müasir informasiya texnologiyalarından yararlanmaq bacarığını və vərdişlərini  yaratmaqdır.

    Dünya Bankının Məhkəmə sisteminin müasirləşdirilməsi layihəsinin   rəhbəri Amitabha Mukherjee  Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını bildirmişdir. O, vurğulamışdır ki, layihə çərçivəsində məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı  sənədlərin və baxılacaq  işlərin idarə olunmasında daha təkmil elektron sistemin yaradılmasını  nəzərdə tutan yeni layihə  hazırlanacaqdır.

    Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti, məhkəmə tarixi muzeyi və elektron kitabxana ilə tanış olmuşlar.

    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət və qayğı göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Dünya Bankının Məhkəmə sisteminin müasirləşdirilməsi layihəsinin   rəhbəri Amitabha Mukherjeeyə və nümayəndə heyətinin  üzvlərinə  təşəkkürünü  bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt