Azərbaycan Respublikası Ali Məhkəməsi

Tanja Santuccinin rəhbərlik etdiyi heyəti Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür
  • 2012-ci il martın 13-də ölkəmizdə səfərdə olan  Tanja Santuccinin rəhbərlik etdiyi  BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Azərbaycan  Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndə heyəti  Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri  Şahin Yusifovla  görüşmüşdür. 
    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verən Kollegiya sədri narkotklərin qanunsuz dövriyyəsi və korrupsiya əleyhinə mübarizə sahəsində  Ali Məhkəmənin qəbul etdiyi qərarlarda BMT Konvensiyasının müddəalarına daim  istinad edildiyi  diqqətə çatdırılmışdır.   
    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
    Ali Məhkəmənin Kollegiya sədri  nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara ətraflı cavab vermişdir.


<<  Geri qayıt