Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Beynəlxalq Hüquq Forumunda iştirak etmişdir
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin  başçılıq etdiyi nümayəndə heyəti 2012-ci il mayın 4-dən 6-dək Qətərin paytaxtı Doha şəhərində “Dəyişikliklər dövründə qanunun aliliyinə qlobal etimadlılıq” mövzusuna həsr olunmuş  beynəlxalq hüquq forumunda iştirak etmişdir.

     Dünyanın 20 ölkəsinin 40-dan artıq məhkəmə sədrinin və hakiminin iştirak etdiyi forumda dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər fonunda insan hüquqlarının müdafiəsi sahəsində görülən və görüləcək işlərlə bağlı geniş məruzələr dinlənilmiş, diskussiyalar və təhlillər aparılmışdır.

    Qətər Forumunda beynəlxalq hüququn müxtəlif aspektləri barədə  məruzələr dinlənilmişdir. Xüsusilə,  Qətər dövlətinin Baş naziri və eyni zamanda Xarici İşlər naziri Şeyx Hamad bin Jassim bin Jabr Al-Thaninin məruzəsi maraqla qarşılanmışdır. O, öz məruzəsində bütün dünyada, o cümlədən ərəb ölkələrində  baş verən dəyişikliklərdən, beynəlxalq hüququn inkişafından, beynəlxalq məhkəmələrin rolunun və nüfuzunun artmasından, həmçinin beynəlxalq hüququn fəaliyyətinin səmərəli nəticələrindən danışmışdır.

    Forumda məhkəmə hakimiyyətinin dövlət idarəçiliyində rolu, korrupsiya ilə mübarizə, insan hüquqlarına dair beynəlxalq normaların tətbiqi, qloballaşma, maliyyə böhranı və digər mövzular ətrafında müzakirələr olmuşdur.

    Forumda beynəlxalq hüququn müxtəlif sistemləri arasında qarşılıqlı əlaqələrin böyük imkanlara malik olması qeyd edilmiş və məhkəmələr arasında dialoqa ehtiyac olması zəruzəti vurşulanmışdır.

    Ali Məhkəmənin sədri Ramiz Rzayev  Forum çərçivəsində  ayrı-ayrı ölkələrin məhkəmə sədrləri və hakimləri ilə bir sıra görüşlər keçirmiş, fəal diskussiyalara qatılmışdır. Bu görüşlər və diskussiyalar zamanı Azərbaycanda məhkəmə hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə başlı tədbirlərin həyata keçirildiyini, məhkəmələrdə şəffaflığın və qanunun aliliyinin təmin edildiyini, insan  hüquq və azadlıqlarının  qorunması sahəsində görülən işləri diqqətə çatdırmışdır.  


<<  Geri qayıt