Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası Ali Məhkəmənin elektron sənəd dövriyyəsi sisteminin fəaliyyətindən razı qalmışdır
  • 31 may 2012-ci ildə Ali Məhkəmədə ölkəmizdə səfərdə olan Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa komissiyasının Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair Daimi İşçi Qrupu ilə məhkəmə statistikasına dair məlumatların toplanması və ümumiləşdirilməsi təcrübəsinə həsr olunmuş görüş keçirilmişdir. 

          Ali Məhkəmədə elektron sənəd dövriyyəsi sisteminin yaradılması, baxılmış işlərin statistikası və dinamikası barədə  İşçi  Qrupuna ətraflı məlumat verilmiş, geniş fikir mübadiləsi aparılmışdır. İşçi  Qrupunun üzvlərini  maraqlandıran suallar cavablandırılmışdır. Fransadan, Avstriyadan, Polşadan və Bosniyadan olan Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair Daimi İşçi Qrupunun üzvləri Ali Məhkəmənin elektron sənəd dövriyyəsi sisteminin  fəaliyyətini müsbət qiymətləndirmişlər.

         Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. 


<<  Geri qayıt