Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədovanın 60 illik yubileyi qeyd edilmişdir
  •   2012-ci il iyunun 20-də  Ali Məhkəmədə  Mülki Kollegiyanın sədri Şəlalə Məmmədovanın 60 illik yubileyi münasibətilə yığıncaq keçirilmişdir.

     Yığıncağı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev  əməkdar hüquqşünas Şəlalə Məmmədovanın keçdiyi şərəfli ömür yolundan danışmış, onun fəaliyyətinin  gənc hakimlərə örnək olduğunu qeyd etmişdir.

     Çıxış edənlər yubilyarı 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona cansağlığı və fəaliyyətndə uğurlar arzulamışlar.

       Şəlalə Məmmədova əməyinə verdiyi  yüksək qiymətə  - “Şöhrət” ordeni ilə təltif  etdiyinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, ona verilən bu mükafatı Azərbaycan məhkəmə sisteminin fəaliyyətinə  verilən mükafat kimi dəyərləndirmişdir.


<<  Geri qayıt