Azərbaycan Respublikası Ali Məhkəməsi

Özbəkistanın Azərbaycandakı səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  • 2012-ci il iyunun 22-də Özbəkistan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri  Şerzod Fayziyev Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. 

    Ali Məhkəmənin sədri məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat vermiş, ənənə və dəyərlərlə bir birinə yaxın olan Azərbaycan və özbək xalqlarının həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmişdir. 

    Səfir Şerzod Fayziyev Azərbaycan haqqında təəssüratlarını bölüşmüşdür. 
    Özbəkistan səfiri Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşdur.


<<  Geri qayıt