Azərbaycan Respublikası Ali Məhkəməsi

MDB İqtisadi Məhkəməsi Plenumunun ildönümü iclası haqqında məlumat
  • 5 iyul 2012-ci il Minsk şəhərində MDB İqtisadi Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində MDB-nin İcraiyyə Komitəsində Məhkəmənin ali kollegial orqanı - Müstəqil Dövlətlər Birliyinin İqtisadi Məhkəməsi Plenumunun yubiley iclası keçirilmişdir.
     
    Plenumun tərkibi MDB İqtisadi Məhkəməsinin hakimlərindən, 6 iyul 1992-ci ilin MDB İqtisadi Məhkəməsinin statusu haqqında Sazişin üzv dövlətlərində iqtisadi mübahisələri həll edən ali məhkəmə orqanlarının sədrlərindən ibarətdir.
     
    MDB İqtisadi Məhkəməsinin Plenumunun səlahiyyətlərinə Məhkəmə fəaliyyəti haqda mühüm məsələlərin həlli daxildir, xüsusən:
     
    -məhkəmə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək; iqtisadi mübahisələri həll edən zaman sazişlərin eyni tətbiqi təcrübəsinin və Birliyin aktlarını təmini üzrə tövsiyələri qəbul etmək;
     
    -MDB üzv ölkələrinin qanunvericiliyində toqquşmaların aradan götürülməsi haqda və Sazişin üzv ölkələri, MDB orqanları və institutları tərəfindən baxılması üçün təkliflərin hazırlanması;
     
    -MDB Iqtisadi Məhkəməsi Kollegiyalarının qərarlarına olan şikayətlərin baxılması və s.
     
    MDB İqtisadi Məhkəməsinin Sədri MDB İqtisadi Məhkəməsi Plenumun Sədri, Belarus Respublikasından hakim Kamenkova Ludmila Eduardovnadır, Plenumun Katibi Qazaxıstan Respublikasından MDB İqtisadi Məhkəməsinin hakimi Joldıbayev Sabit Jeksenqaliyeviçdir.  
     
    Komitənin İcraçı Sədrinin – MDB İcraçı Katibinin Birinci Müavini Qarkun Vladimir Gilyaroviç Plenumun yubiley iclasının iştirakçılarını salamladı.
     
    Iclasda aşağıdakı məsələlərə baxılmışdır:
     
    20 il ərzində MDB İqtisadi Məhkəməsi fəaliyyətinin nəticələri;
     
    Birliyin institusional bazasının təkmilləşdirilməsində MDB İqtisadi Məhkəməsinin təcrübəsinin rolu;
     
    MDB İqtisadi Məhkəməsinin Fəxri Fərmanla və "MDB İqtisadi Məhkəməsinin fəxri əməkdaşı" adı ilə təltif olunması.
     
    Plenum, MDB İqtisadi Məhkəməsinin Sədri L. E. Kamenkovanın "20 il ərzində MDB İqtisadi Məhkəməsi fəaliyyətinin nəticələri" haqqında məruzəsini nəzərə aldı.
     
    Məruzədə qeyd olunduğu kimi, "Beynəlxalq səviyyəsində baş verən inteqrasiya prosesləri bugünkü Plenuma müsbət və konstruktiv  iz qoyan səciyyəvi xüsusiyyətdir."
     
    MDB İqtisadi Məhkəməsinin Sədri L. E. Kamenkova diqqətini Birlik çərçivəsində iqtisadi öhdəçiliklərin həyata keçirilməsinin hüquqi təmini MDB İqtisadi Məhkəməsi fəaliyyətinin əsas istiqaməti olması faktına cəlb edərək İqtisadi Məhkəməsi fəaliyyətinin əsas aspektlərini və onun gələcək inkişafının yollarını qeyd etdi. 
     
    Məruzədə qeyd olundu ki, “MDB İqtisadi Məhkəməsi tərəfindən onun fəaliyyəti ərzində baxılmış işlərin əsas əksəriyyəti Birlik sazişlərinin tətbiqinin izahı haqda işlərdən və başqa aktlardan ibarətdir.
     
    Məhkəmə izahla bağlı yüzə yaxın işi araşdırıb. İzahlar barədə qərarlar gömrüyün hüquqi əlaqələri, azad ticarət sahəsi, investisiya fəaliyyəti, mal təchizatı və s. kimi sahələrə aiddir. Məhkəmə qərarları Birlik çərçivəsində bağlanan xüsusi beynəlxalq sazişlərin iştirakçı ölkələri tərəfindən eyni tətbiq olunması təcrübəsinin yaradılmasına imkan yaratdı”.
     
    Məruzədə, MDB İqtisadi Məhkəməsinin sədri L.E.Kamenkova bu kimi aktual məsələlərə toxundu:
     
    -MDB üzv dövlətlərində İqtisadi Məhkəmənin məhkəmə aktlarının tətbiqi;
     
    -MDB İqtisadi Məhkəməsi Plenumun fəaliyyəti haqda;
     
    -MDB İqtisadi Məhkəməsi tərəfindən həyata keçirilən ekspert-analitik işi;
     
    -MDB üzv dövlətlərinin milli məhkəmələrlə, dövlətlərdə hüquqi informasiya ilə məşğul olan orqan və təşkilatlarla, İqtisadi Məhkəmənin statusu haqda Sazişin üzv-dövlətlərinin ali təhsil müəssisələri ilə əməkdaşlığı.
     
    Məruzənin sonunda MDB İqtisadi Məhkəməsinin Sədri L. E. Kamenkova qeyd etdi ki, İqtisadi Məhkəmə suveren dövlətlər arasında yaranan anlaşılmazlıqları hüquqi mexanizmlərin köməyi ilə nizama salmağı bacaran beynəlxalq nüfuzlu və səlahiyyətli məhkəmədir.
     
    Buna baxmayaraq, Məhkəmənin böyük bir tələb olunmamış potensialı vardır ki, o birgə səylərlə, Birliyin, onun üzvlərin və vətəndaşların daha da zəruri iqtisadi və ictimai problemlərinin həll olunması üçün istifadə olunmalıdır.
     
    MDB İqtisadi Məhkəməsinin Ali Kollegial Orqanının İqtisadi Məhkəmənin Birliyinin hüquqi bazasının inkişafı və təkmilləşdirməsində, MDB orqanlarının beynəlxalq sazişlərinin və aktlarının Birliyin orqanların, institutların və üzv dövlətləri tərəfindən eyni tətbiq olunmasının təminində böyük rolu; 2000-2011-ci illər ərzində EvrAzEs çərçivəsində İqtisadi Məhkəmənin Avrasiya iqtisadi icmanın hüquqi bazasının inkişafına və möhkəmlənməsinə, mübahisələrin məhkəmə həlli institutuna zəhməti qeyd olunmuşdur.
     
    Plenumun üzvləri MDB İqtisadi Məhkəməsinin müasirləşdirilməsi haqda ilkin məsələ olaraq MDB İqtisadi Məhkəməsinin statusu haqqında Sazişin proyektinin üzərində aparılan işlərin bitməsini qeyd etdilər və İqtisadi Məhkəmənin onun gələcək fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərinə tərəfdar oldular.
     
    Plenum MDB İqtisadi Məhkəməsinin Sədr Müavini S. J. Joldıbayevin “MDB İqtisadi Məhkəməsinin Birliyin institusional bazasının təkmilləşdirilməsində məhkəmə təcrübəsinin rolu” haqqında mərüzəsini nəzərə aldı və Birliyin təşkilatı-hüquqi bazasının təkmilləşdirilməsində MDB İqtisadi Məhkəməsinin müsbət rolunu qeyd etdi.
     
    MDB Iqtisadi Məhkəməsinin Sədr Müavini S. J. Joldıbayevin məruzəsində qeyd olunmuşdur ki, “MDB İqtisad Məhkəməsinin məhkəmə təcrübəsi göstərdiyi kimi Məhkəməyə verilən müraciətlərin 26% MDB-nin hökumətlər arası regional təşkilatı kimi fəaliyyət göstərməsi haqda praktiki ehtiyaclardan irəli gəlir.
     
    izahlar haqqında sorğuların öyrənilməsi onu sübut edir ki, eyni anlaşılmayan problemlər və Birliyin təsisedici və başqa sənədlərin normalarının tətbiqi onların hüquqi qeyri-müəyyənliyi ilə, aydın olmayan redaksiyalarla və ya məsələlərin qeyri-kafi nizama salınması ilə bağlıdır”.
     
    S. J. Coldıbayev onu da vurğuladı ki, “Birliyin institusional bazasının formalaşmasında və inkişafında MDB İqtisadi Məhkəməsinin məhkəmə praktikasının rolunu Məhkəmənin məsləhətçi qərarlarının praktiki əhəmiyyətini nəzərə alaraq qiymətləndirmək lazımdır.
     
    Xüsusilə MDB təşkilat strukturunun müəyyənləşdirilməsində və bu sahədə Birliyin hüququnda boşluqları doldurmaqda İqtisadi Məhkəmənin məhkəmə aktlarının rolunu qeyd etmək lazımdır.
     
    Plenumda qeyd olmuşdur ki, İqtisadi Məhkəmənin fəaliyyət analizinə əsasən nəticə çıxartmaq olar ki, MDB İqtisadi Məhkəməsi MDB nizamnamə ölkələri sistemində regional təşkilatının beynəlxalq məhkəmə orqanı kimi öz yerini tutub. Hal-hazırda Məhkəmə, MDB çərçivəsində qəbul olunan beynəlxalq sazişlərin və başqa aktların rəsmi izahın həyata keçirilməsi prosesində əsas rolu oynayır. Bu xüsusən vacibdir çünki, onun qərarları dövlətlərin hüququn tətbiq olunması praktikasına və Birlik orqanlarının fəaliyyətinə böyük təsir göstərir. Məhkəmə aktların nəticələri və qərarları Birliyin hüquq yaradıcı və hüququn tətbiq olunması fəaliyyətində istifadə olunur, Birliyin təşkilat – hüquq sisteminin təkmilləşdirilməsinə imkan yaradır və MDB-nin beynəlxalq təşkilat kimi inkişaf perspektivlərinin müəyyənləşməsində rol oynayır.
     
    Plenumda qeyd olmuşdur ki, azad ticarət zonası haqqında MDB-nin səkkiz üzv dövlətləri tərəfindən18 oktyabr 2011-ci ildə Sankt-Peterburq şəhərində imzalanmış Sazişin İqtisadi Məhkəmə tərəfindən mübahisələri araşdırmağa dair səlahiyyətləri haqda hissənin həyata keçirilməsi mexanizmi üzərində düşünmək zəruridir. İş ondadır ki, Saziş onun iştirakçı-dövlətlərinin, həmçinin Ermənistan Respublikasının, Moldova Respublikasının, Ukraynanın MDB İqtisadi Məhkəməsinə müraciət hüququnu nəzərdə tutur. Lakin, bunun üçün onlar MDB İqtisadi Məhkəməsinin statusu haqqında Razılaşmanın iştirakçıları olmalıdırlar. Bununla əlaqədar, qüvvədə olan Razılaşmanın hal-hazırda iştirakçısı olmayan dövlətlərə Razılaşmanın iştirakçısı olmaq üçün təklif səslənmişdir.
     
    Həmçinin, Plenumun Qərarına əsasən MDB İqtisadi Məhkəmənin fəaliyyətində fəal və səmərəli iştiraka görə bir sıra dövlət nümayəndələri, Birlik orqanları, milli məhkəmə orqanlarının, MDB İqtisadi Məhkəməsinin hakimləri, MDB İqtisadi Məhkəməsinin əməkdaşları “MDB İqtisadi Məhkəməsinin fəxri əməkdaşı ” adına layıq görülmüş və MDB İqtisadi Məhkəməsinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
     
    Xüsusilə, “MDB İqtisadi Məhkəməsinin fəxri əməkdaşı” adına Belarus Respublikasından MDB İqtisadi Məhkəməsinin Hakimi (1992-1997), MDB İqtisadi Məhkəməsinin birinci Sədri (1994-1996) – Daşuk Leonid Andreyeviç; Rusiya Federasiyası Prezidentinin Müşaviri, MDB İqtisadi Məhkəməsi Plenumun üzvü (1992-2005)– Yakovlev Veniamin Fyedoroviç; Rusiya Federasiyasının Ali Arbitraj Məhkəməsinin Sədri, MDB İqtisadi Məhkəməsi Plenumun üzvü – İvanov Anton Aleksandroviç layiq görülmüşlər.
     
    Fəxri Fərmanla təltif olunanlar: İcraiyyə Komitəsinin Sədri – MDB-nin İcraçı katibi – Lebedev Sergey Nikolayeviç; MDB iştirakçı-dövlətlərin Müdafiə Nazirlər Sovetinin Katibi- Sinayskiy Aleksandr Sergeyeviç; MDB nizamnamə və başqa orqanlarının yanında Belarus Respublikasının səlahiyyətli nümayəndəsi – Puqaçyev Vasiliy Pavloviç.
     

    MDB İqtisadi Məhkəməsi Plenumun 5 iyul 2012-ci tarixli Qərarları MDB İqtisadi Məhkəməsinin saytının “MDB İqtisadi Məhkəməsinin Qərarları” yarımfəsilində yerləşdiriləcək: http://www.sudsng.org/about/plenum/postpl/.


<<  Geri qayıt