Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan Azərbaycanca-rusca izahlı hüquq lüğəti və Azərbaycanca-ingiliscə hüquq lüğəti
  • Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan Azərbaycanca-rusca izahlı hüquq lüğətinin və Azərbaycanca-ingiliscə hüquq lüğətinin 
    Müəllifləri : Ramiz Rzayev – Ali Məhkəmənin sədri, Rafiq Novruzov – filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru, Könül Əliyeva – Ali Məhkəmənin məsul işçisi
    Redaksiya heyəti :  Ali Məhkəmənin hakimləri Azər Hüseynov, Şahin Yusifov, Tapdıq Mahmudov, Ələsgər Əliyev, Bağır Əsədov, Fərhad Kərimov, Vəfaddin İbayev
    Elmi redaktorlar : İsmayıl Məmmədov – filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri və Aynur Ağazadə – Azərbaycan Dillər Universitetinin müəllimi
     Hər iki kitab “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 2012-ci ildə nəşr olunub.

          18 (on səkkiz) minə yaxın söz və söz birləşməsini özündə əks etdirən “Azərbaycanca-rusca izahlı hüquq lüğəti" adlı kitab Ali Məhkəmə tərəfindən hüquqşünasların, eləcə də digər oxucu kütlələrinin soraq-məlumat tələbatını ödəmək üçün buraxılmışdır. Lüğət həm məhkəmə işçiləri, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələblərinə uyğun, həmçinin işgüzar məktubların, sorğuların, ərizələrin və bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədilə tərtib olunub. 
    "Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 (on doqquz) minədək söz və söz birləşməsini özündə əks etdirən "Azərbaycanca-ingiliscə hüquq lüğəti" hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır.
    "Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndə  olduğu kimi bu lüğətdə də qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb.
     Lüğətlərin fərqləndirici cəhətlərindən biri də odur ki, burada hüquqi terminlər ilə yanaşı hərbi, vergi, maliyyə, gömrük, sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan yeni terminlərə geniş yer verilmişdir.


<<  Geri qayıt