Azərbaycan Respublikası Ali Məhkəməsi

AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Ali Məhkəmədə olmuşlar
  • 2012-ci il noyabrın  27-də ölkəmizdə səfərdə olan    Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi  rəhbərinin müavini  xanım Aqnieska Naçilio Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

    Görüşdə Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanın məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir. Hakimliyə seçkilər mütərəqqi qaydalarla aparılır. Ali Məhkəmədə Avropa Konvensiyasının  müddəalarına riayət  olunur. Əsas insan amilidir. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nin yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür.

    Görüşdə Monitorinq Komitəsi həmməruzəçilərinin hazırladıqları hesabatla başlı geniş fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.   

    Görüşün sonunda Ali Məhkəmənin sədri faydalı fikir mübadiləsinə görə Monitorinq Komitəsinin həmməruzəçilərinə təşəkkürünü bildirmişdir.
     
     

<<  Geri qayıt