Azərbaycan Respublikası Ali Məhkəməsi

Ulu öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir
  •    2012-ci il dekabrın 11-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.

         Tədbiri giriş sözü ilə açan  Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin ömür yolundan danışmış, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırmışdır.

           Ali Məhkəmənin sədri bildirmişdir ki, Heydər Əliyev Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq  Sovet İttifaqı kimi dövlətin siyasi rəhbərliyində təmsil olunmuş, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu  əməli fəaliyyəti ilə göstərmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Ümummilli lider Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olmuş, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi  üçün möhtəşəm işlər həyata keçirmişdir. Bu gün Azərbaycanın neft strategiyasında  qazandığı uğurların əsasını Ulu öndər Heydər Əliyev qoymuşdur. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti  Azərbaycançılıq  məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın  inkişafı naminə faydalanır və daim faydalanacaqdır.

    Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində  yaşadığını bildirərək bu amalların xalqımızı  tərəqqi zirvəsinə doğru inamla aparan,  ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  uğurla  gerçəkləşdirildiyini  vurğulamışdır.

          Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, onun  Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərini qeyd etmiş, irsinin daim yaşayacağını bildirmişlər. 


<<  Geri qayıt