Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının kollektivi Şuşa şəhərinə səfər edib

Bölmə: Xəbərlər 18.07.2022 14:22
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq Azərbaycan Respublikasında 2022-ci il "Şuşa İli" elan edilib.

    Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının bir sıra əməkdaşı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Şuşa şəhərini ziyarət edib.

    Səfər çərçivəsində Ali Məhkəmənin kollektivi Şuşa qalası, Natəvan bulağı, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib, mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri ilə əyani tanış olub.

    Ali Məhkəmənin kollektivi Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

Baxılıb: 1749
Paylaş